AZ

Liviyayı nazir müavini: “Azərbaycanın qısa müddətdə əldə etdiklərinə heyranıq”

Liviyayı
"Bakı şəhərində keçirilən Ümumdünya Şəhər Forumu (WUF13) çərçivəsində tədbirin yüksək səviyyədə təşkil olunduğu vurğulanıb". 1news.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Liviya tikinti nazirinin müavini Fatih Karas bildirib.
“Bu, həqiqətən möhtəşəm tədbirdir. Bizi burada çox yaxşı qarşıladılar. Biz müxtəlif insanlarla tanış olmaqdan, onların təcrübəsini öyrənməkdən və yerli sakinlərlə ünsiyyətdən böyük məmnunluq duyuruq”, – deyə o qeyd edib. Fatih Karas Azərbaycanın qısa müddətdə əldə etdiyi inkişafın onlarda dərin təəssürat yaratdığını vurğulayıb: “Biz burada cəmi üç gündürük, lakin ölkəniz çox gözəldir. Açığı, gördüklərimiz bizi xoş mənada təəccübləndirdi. Qısa müddətdə əldə etdiklərinizə heyranıq. Ümid edirik ki, sizin təcrübənizdən yararlana və gələcəkdə əməkdaşlıq edə biləcəyik”. O, həmçinin Azərbaycana ilk dəfə səfər etdiyini qeyd edib:

“Burada çox müxtəlif yeməklərin dadına baxdıq və hamısı çox xoşumuza gəldi. Bəli, mən Azərbaycana ilk dəfə gəlmişəm və ümid edirəm ki, yenidən gələcəyəm”.

Seçilən
9
1news.az

1Mənbələr