İran Prezidenti Məsud Pezeşkian ölkənin Silahlı Qüvvələrinin baş komandanı Əmir Hatəmi ilə rəsmi görüş keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İran Prezidentinin mətbuat xidməti yayıb.
Görüş zamanı M.Pezeşkian ABŞ və İsrailin təcavüzünə qarşı göstərdikləri şücaət və qətiyyətli addımlara görə İran Silahlı Qüvvələrinə, xüsusən də orduya dərin minnətdarlığını bildirib.
Prezident hökumətin ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi hissələrin döyüş hazırlığının artırılması, texnikanın modernləşdirilməsi və strateji logistik proqramlara hərtərəfli dəstək verəcəyini vurğulayıb.
Öz növbəsində general-leytenant Əmir Hatəmi ordunun hazırkı əməliyyat vəziyyəti, düşmən qüvvələrin təxribatlarına qarşı görülən müdafiə tədbirləri barədə dövlət başçısına hesabat verib.
O qeyd edib ki, atəşkəs dövründə ordu döyüş təcrübəsindən yararlanaraq bölmələrin hazırlığını maksimum səviyyəyə çatdırıb və ölkəyə qarşı yönələ biləcək hər hansı təhdidə qətiyyətli cavab verməyə tam hazırdır.
Eyni zamanda, İran parlamentinin (Məclis) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda-Hüseyn Maliki ABŞ-ın İrandakı uğursuzluğu ilə bağlı kəskin bəyanatla çıxış edib.
Parlamentin mətbuat xidmətinin yaydığı məlumata görə, Maliki Vaşinqtonun Venesueladakı hadisələrdən sonra eyforiyaya qapıldığını bildirib:
"Venesueladakı uğurlu əməliyyatdan sonra siyasi eyforiyaya və həddən artır özünəinam hissinə qapılan Vaşinqton administrasiyası elə hesab edirdi ki, İrana hücum etməklə eyni sürətli qələbəni qazanacaq. Lakin bu döyüş meydanında onlar sözün əsl mənasında yerə mıxlandılar".
Malikinin sözlərinə görə, amerikalılar İranda Vyetnam və ya Əfqanıstanda belə görmədikləri müqavimətlə qarşılaşıblar:
"ABŞ ordusu İran Silahlı Qüvvələrinin gücü qarşısında geri çəkilərək dənizə töküldü, səmada isə ABŞ özünün ən müasir və bahalı kəşfiyyat uçuş aparatlarının vurularaq yerə salınmasını izləməli oldu".

Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta