AZ

WUF13-də çox faydalı və maraqlı müzakirələr aparılır -

"Biz Səudiyyə Ərəbistanındakı bütün dövlət əmlaklarının idarə olunmasına məsuliyyət daşıyırıq". Bu sözləri Metbuat.az-a açıqlamasında Səudiyyə Ərəbistanın Daşınmaz Əmlak Portfel meneceri Sultan Al-Harthi deyib. O qeyd edib ki, təmsil etdiyi qurum dövlətə məxsus bütün əmlakların idarə olunmasına, onlara investisiya yatırılmasına və istifadəsinin yenidən qiymətləndirilməsinə cavabdehdir:“Biz burada da məhz bu fəaliyyəti təmsil edirik. Forum çox yüksək səviyyədə təşkil olunub. Təkcə bu gün deyil, son bir neçə gündə həm burada, həm də forumdan kənar müxtəlif sessiyalarda iştirak etmişəm. Həqiqətən çox faydalı və maraqlı müzakirələr aparılır”.Gülçin Aslanlı

Seçilən
16
metbuat.az

1Mənbələr