AZ

“Rusiya Moldovanın Avropaya inteqrasiyasına mane olur”

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

“Dnestryanı məsələsinin yenidən gündəmə gətirilməsi və Rusiyanın bölgədə yaşayan insanlara pasport, vətəndaşlıq verməsi daha çox Moldova üzərində təsir imkanlarını saxlamağa və ölkənin Avropa İttifaqı ilə inteqrasiyasını çətinləşdirməyə hesablanıb”.

Bu fikirləri politoloq Əli Mustafa xalqcebhesi.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, Rusiya postsovet məkanında öz təsir dairəsini qorumaq üçün müxtəlif siyasi və ideoloji mexanizmlərdən istifadə edir:

“Rusiya müəyyən mənada yenidən SSRİ tipli təsir zonasını formalaşdırmaq niyyətindədir. Bunun üçün siyasi, hüquqi və ideoloji baza yaratmağa çalışır. Dnestryanı məsələsi də bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilə bilər.Moskvanın əsas məqsədlərindən biri Moldovanın Avropa strukturlarına yaxınlaşmasının qarşısını almaqdır.

Rusiya çalışır ki, Moldova daxilində qeyri-sabitlik davam etsin və bu ölkənin Avropa İttifaqına inteqrasiyası mürəkkəbləşsin. Çünki separatçı problem və xarici hərbi mövcudluq davam etdiyi müddətdə Moldovanın Avropa strukturlarına tam inteqrasiyası çətin görünür”.

Politoloq qeyd edib ki, Dnestryanı məsələsinin aktuallaşdırılması həm də Rusiyanın regionda geosiyasi mövcudluğunu nümayiş etdirmək cəhdi kimi qiymətləndirilə bilər.

Günel Elxan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
icma.az

1Mənbələr