AZ

Çempion komandada əcnəbilərlə bağlı YENİ QƏRAR verildi

Birinci Liqanın çempionu "Şəfa" mövsüm boyu yalnız yerli oyunçuların xidmətindən istifadə etdi.

Ümumiyyətlə, bakılılar böyük futbol səhnəsinə yenidən qayıtdıqdan sonra heyətinə əcnəbi oyunçu dəvət etməyib.

Yeni mövsüm Premyer Liqada yer alacaq Bakı təmsilçisinin eyni dəst-xətti saxlayacağı iddia olunur.

Amma biz bu barədə yeni bilgilər əldə etmişik.

Bəli, yenə azərbaycanlı futbolçular üstünlük təşkil edəcək.

Dünyanın dörd bir tərəfində əcnəbi gətirilməyəcək.

Lakin tam da legionersiz bir komanda olmayacaq.

Türk dilli ölkələrdən bəzi oyunçuların transferi plandadır. O da təbii ki. Məhdud sayda. Təxminən 5-6 civarında.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
54
sportinfo.az

1Mənbələr