ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Ötən həftə vəziyyəti pisləşdikdən sonra xəstəxanaya aparılan və pnevmoniya diaqnozu qoyularaq reanimasiyaya yerləşdirilən türkiyəli məşhur aktyor Kadir İnanır intubasiya (tənəffüs yolunu açıq saxlamaq və ya dərman/narkoz vermək məqsədilə xəstənin nəfəs borusuna (traxeyaya) xüsusi plastik borunun (endotraxeal boru) salınması) edilib.
Bakupost.az xəbər verir ki, bu barədə 77 yaşlı aktyorun həyat yoldaşı Jülide Kural məlumat verib.
"Təəssüf ki, Kadir intubasiya edildi. Ağciyərində pnevmoniyanın altında şiş tapıldı. Daha asan müdaxilə etmək, əziyyət çəkməməsi və nəzarət altında müalicə üçün intubasiyaya məcbur qaldı. Əlbəttə ki, çox riskli bir vəziyyətlə üz-üzəyik. Deyəcəklərim budur. İnşallah, gözəl xəbərlərini alarıq", - deyə Jülide Kural bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.