"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat katibi Mehman Mehdiyev vəzifəsindən ayrılıb.
Moderator.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
M.Mehdiyev bildirib ki, fəaliyyətini bundan sonra Dövlət Statistika Komitəsində mətbuat katibi kimi davam etdirəcək.
Qeyd edək ki, Mehman Mehdiyev təxminən 10 il ASCO-da çalışıb.