AZ

Türkiyə Superliqasında gələn mövsümdən legioner limiti dəyişir

Türkiyə Futbol Federasiyası (TFF) növbəti mövsümdən etibarən qüvvəyə minəcək yeni legioner limitini ictimaiyyətə təqdim edib.

Moderator.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Təsdiqlənmiş yeni qaydalara əsasən, Superliqa təmsilçiləri artıq "10+4" sisteminə keçid edəcəklər.

Bu sistemə görə, klublara öz heyətlərində 10 əcnəbi futbolçunu heç bir əlavə şərt tələb olunmadan qeydiyyata almaq hüququ veriləcək.

Lakin siyahıya daxil ediləcək əlavə dörd legioner üçün xüsusi yaş məhdudiyyəti qoyulub. Onların 2003-cü il və ya daha sonrakı tarixlərdə doğulması mütləq şərt kimi müəyyənləşdirilib.

Seçilən
17
1
moderator.az

2Mənbələr