AZ

Kadir İnanırın vəziyyəti necədir?

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Türkiyənin tanınmış “Yeşilçam” aktyoru Kadir İnanır səhhətində yaranan ciddi problem səbəbilə bir neçə gündür reanimasiya şöbəsində müalicə olunur. 77 yaşlı sənətçinin ağciyərlərində yaranan infeksiya səbəbindən vəziyyətinin ağırlaşdığı və həkimlərin onu süni tənəffüs aparatına qoşduğu bildirilib.Aktyorun həyat yoldaşı Jülide Kural açıqlamasında qeyd edib ki, tibbi müdaxilələrin daha rahat həyata keçirilməsi və xəstənin ağrı hiss etməməsi üçün bu addım atılıb.Onun sözlərinə görə, aparılan müayinələr zamanı ağciyərdə infeksiya ilə yanaşı şiş də aşkar edilib. Həkimlər aktyorun durumunu kritik hesab edirlər.“Hazırda çox həssas və riskli mərhələdəyik. Yaxşı xəbərlər almağa ümid edirik”, — deyə Jülide Kural bildirib.Leyla

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
demokrat.az

1Mənbələr