AZ

Avropa bu süfrədən danışır: Saniyəölçən yox, təcrübə lazımdır

Beynəlxalq Çay Günü münasibətilə “Euronews”un jurnalisti Nadira Tudor Azərbaycana səfər edərək ölkəmizin çoxəsrlik çay və mürəbbə mədəniyyətindən, habelə bu zəngin ənənənin insanların gündəlik həyatındakı fəlsəfi rolundan bəhs edən reportaj hazırlayıb.

Publika.az xəbər verir ki, müəllif reportajda Azərbaycanda çayın sadəcə sıradan bir içki, yaxud sərinləşdirici vasitə olmadığını, həm də milli kimliyin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb.

Reportajda Azərbaycandakı çay ritualları, armudu stəkanın elmi və praktiki tərəfləri, eləcə də mürəbbə hazırlanmasının çətin sirləri ən xırda detallarına qədər işıqlandırılıb.

Jurnalist qeyd edir ki, Azərbaycanda hər hansı bir süfrəyə hər şeydən əvvəl mütləq çay gəlir:

“Burada “çay” insanlara sadəcə susuzluğu yatırmaq üçün təklif olunmur, o, bütöv bir sosial nizamın qurucusudur. Yerli sakinlər həyatın az qala bütün mühüm hadisələrini çayla əlaqələndirirlər. Çay hər bir söhbətdən əvvəl gəlir, işgüzar danışıqlarda mühüm vasitəçilik rolunu oynayır, kədərli anlarda insanın qəmini yüngülləşdirir və gecə yarıyadək uzanan səmimi söhbətlərə dayaq olur. Azərbaycanda çaysız bir süfrə arxasında əyləşmək tamamilə qeyri-adi və qəbulolunmaz bir hal hesab edilir”.

Seçilən
32
publika.az

1Mənbələr