ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlarda yekun razılaşma mətninin hazırlandığı bildirilir.
Musavat.com xəbər verir ki, Əl Ərəbiyyə telekanalının yaydığı məlumata görə, sənəddə bütün istiqamətlər üzrə dərhal və tam atəşkəsin elan olunması, infrastruktur obyektlərinə zərbələrdən imtina, Fars körfəzi və Hörmüz boğazında sərbəst gəmiçiliyə təminat verilməsi, həmçinin İranın razılaşma şərtlərini yerinə yetirməsi qarşılığında sanksiyaların mərhələli şəkildə ləğvi nəzərdə tutulur.
Məlumata əsasən, razılaşmanın yaxın saatlarda rəsmən elan ediləcəyi gözlənilir. Tənzimlənməmiş məsələlərlə bağlı növbəti danışıqların isə bir həftədən gec olmayaraq başlanacağı bildirilir.
Musavat.com