AZ

Azərbaycan və Səudiyyə Ərəbistanının yanaşmaları arasında ciddi oxşarlıqlar mövcuddur Millət vəkili

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"WUF13 çərçivəsində təşkil olunan Urban Expo-da dəyərli həmkarım Mübariz Qurbanlı ilə birgə Səudiyyə Ərəbistanının milli pavilyonunu ziyarət etmək və nümayəndə heyəti ilə görüşmək mənim üçün xüsusi əhəmiyyət daşıdı. Azərbaycan–Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi bu platformada aparılan müzakirələri yalnız şəhərsalma sahəsində təcrübə mübadiləsi kimi yox, həm də ölkələrimiz arasında strateji tərəfdaşlığın yeni mərhələsi kimi dəyərləndirirəm. Səudiyyə Ərəbistanının WUF13-də geniş tərkibli nümayəndə heyəti ilə iştirakı, urbanizasiya, dayanıqlı yaşayış məkanları, “ağıllı şəhər” konsepsiyası və müasir infrastruktur həllərinə verdiyi önəmi açıq şəkildə nümayiş etdirdi. Pavilyonda təqdim olunan layihələr, xüsusilə şəhərlərin insan yönümlü inkişafı, rəqəmsal transformasiya, ekoloji yanaşmalar və yaşayış keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən təşəbbüslər böyük maraq doğururdu".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib.  Millət vəkili qeyd edib ki,, forum çərçivəsində nümayəndə heyəti ilə apardığımız fikir mübadiləsində şəhərsalmanın artıq yalnız memarlıq və infrastruktur məsələsi olmadığı, eyni zamanda sosial rifah, milli kimlik, ekoloji təhlükəsizlik və iqtisadi dayanıqlılıq məsələsi olduğu xüsusi vurğulandı. Bu baxımdan Azərbaycan və Səudiyyə Ərəbistanının yanaşmaları arasında ciddi oxşarlıqlar mövcuddur. Hər iki ölkə milli-mədəni irsi qorumaqla yanaşı, müasir və dayanıqlı şəhər modellərinin formalaşdırılması istiqamətində mühüm addımlar atır:

"Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını uğurla tətbiq edir, Səudiyyə Ərəbistanı isə “Vision 2030” çərçivəsində urban inkişaf və yaşayış mühitinin modernizasiyası istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Bu baxımdan qarşılıqlı təcrübə mübadiləsi və institusional əməkdaşlıq gələcək dövr üçün mühüm perspektivlər açır. WUF13 bir daha göstərdi ki, Azərbaycan artıq qlobal şəhərsalma və dayanıqlı inkişaf platformalarında fəal təşəbbüskar ölkələrdən biridir. Bakının belə mötəbər beynəlxalq forumlara ev sahibliyi etməsi ölkəmizin artan beynəlxalq nüfuzunun, çoxtərəfli əməkdaşlığa verdiyi töhfənin və müasir inkişaf modelinin bariz nümunəsidir. Bu forum çərçivəsində Azərbaycan–Səudiyyə Ərəbistanı münasibətlərinin yeni əməkdaşlıq istiqamətləri ilə daha da güclənəcəyinə inanıram".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
525.az

1Mənbələr