AZ

ADY: Bakı Tbilisi Bakı qatarlarının yeni qiymətlərini 2019 cu ildəki qiymətlərlə müqayisə etmək doğru deyil Video

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı–Tbilisi–Bakı istiqamətində sərnişin daşımalarında yeni mərhələ başlayır.

Azərbaycan Dəmir Yollarının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Bizimyol.info portalına açıqlamasında bildirib ki, bu marşrut üzrə artıq yataq tipli, yüksək komfortlu vaqonlardan ibarət müasir qatarlar xəttə buraxılacaq.

Onun sözlərinə görə, yeni qatarlar sərnişinlərə üç xidmət səviyyəsi — komfort, komfort+ və lüks siniflər təqdim edəcək. Ümumilikdə 6 vaqondan ibarət olacaq qatarın sərnişin tutumu 118 nəfər təşkil edir. Tərkibə 1 lüks vaqon, 1 qarışıq (lüks və komfort+), 3 komfort vaqon və 1 vaqon-restoran daxildir. Komfort sinifdə hərəkəti məhdud şəxslər üçün xüsusi kupe nəzərdə tutulub.

Qarışıq vaqonlarda isə kupelər arakəsmə ilə ayrılıb və istəyə uyğun olaraq açılaraq ailə və ya qrup üçün vahid məkan formasına salına bilər.

Məkumat üçün: İsveçrənin Stadler Rail Group şirkətinin istehsalı olan bu vaqonlar müasir təhlükəsizlik sistemləri və innovativ texnologiyalarla təchiz edilib. Lüks sinif kupelər iki nəfərlikdir və hər birində masa, televizor, şəxsi duş kabinəsi və sanitar qovşaq mövcuddur. Komfort+ sinif kupelər də iki nəfərlik olub, televizor, masa və əlüzyuyanla təmin edilib. Komfort sinif isə dörd nəfərlik kupelərdən ibarətdir və hər kupedə televizor quraşdırılıb.

Komfort və komfort+ vaqonlarda ümumi sanitar qovşaqlar nəzərdə tutulduğu halda, lüks vaqonlarda hər kupenin ayrıca hamam və tualeti var. Bütün kupelər fərdi temperatur və işıqlandırma sistemi, səs izolyasiyası, bələdçi ilə əlaqə düyməsi, seyf, elektrik yuvaları, internet və çoxdilli TV sistemi ilə təchiz olunub.

Sərnişinlərə siniflərə uyğun olaraq müxtəlif səfər paketləri təqdim ediləcək. Bu paketlərə gigiyenik vasitələr, yataq dəsti, su və digər zəruri ləvazimatlar daxildir. Lüks sinifdə isə əlavə olaraq duş üçün vasitələr və geniş gigiyenik dəst də veriləcək.

Sosial şəbəkələrdə müzakirə olunan qiymətlərlə bağlı məsələyə toxunan Bəxtiyar Hacıyev bildirib ki, bu qatarlar texniki səviyyə və təqdim olunan xidmət baxımından əvvəlki qatarlarla müqayisə oluna bilməz.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
icma.az

1Mənbələr