AZ

İran XİN: Danışıqların təfərrüatları ilə bağlı mediada yayılan ehtimalları rədd edib

İran

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehran və Vaşinqton arasında mümkün razılaşma ilə bağlı yayılan bəzi detallara münasibət bildirib.

APA-nın Tehran bürosunun məlumatına görə, Bəqai bu barədə İran dövlət agentliyi İRNA-ya müsahibəsi zamanı danışıb.

O bildirib ki, bu mərhələdə danışıqların əsas diqqəti bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin dayandırılmasına yönəlib.

XİN sözçüsü onu da vurğulayıb ki, media orqanlarında nüvə məsələləri, o cümlədən zənginləşdirilmiş materiallar və uranın zənginləşdirilməsi ilə bağlı irəli sürülən iddialar sadəcə ehtimallardır və heç bir etibarlı əsas daşımır.

Bəqai onu da əlavə edib ki, danışıqlarla bağlı dəqiq məlumat yalnız səlahiyyətli rəsmi şəxslər və danışıqlar heyətinin sözçüsü tərəfindən verilə bilər.

Qeyd edək ki, son saatlarda bəzi media orqanları İran və ABŞ arasında mümkün razılaşmanın detalları ilə bağlı müxtəlif məlumatlar yayıb.

Seçilən
11
2
xalqcebhesi.az

3Mənbələr