ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Təhlükəsizlik qaydalarına riayət etməyən sürücü ağır qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Novosibirsk vilayətində, R-254 "İrtış" avtomobil yolunun Koçenyovo rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, "Toyota" markalı avtomobilin sürücüsü yaranmış texniki nasazlıq səbəbindən idarə etdiyi nəqliyyat vasitəsini yolun kənarında saxlayıb. Heç bir təhlükəsizlik tədbirləri görməyən sürücü avtomobilində nə baş verdiyini anlamağa çalışarkən hərəkətdə olan "Sitrak" markalı yük maşını onu vurub. İki avtomobilin arasında qalaraq ağır xəsarətlər alan "Toyota"nın sürücüsü təcili tibbi yardım briqadası hadisə yerinə çatana qədər dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri və təfərrüatları müəyyənləşdirilir.
Namiq Musayev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.