ain.az bildirir, Baku.ws portalına istinadən.
"Hazırda dünya əhalisinin 57 faizi şəhərlərdə yaşayır. BMT-nin hesablamalarına görə, 2050-ci ilə qədər bu göstəricinin 70 faizi ötəcəyi gözlənilir".
Bu barədə memar Elnur Abdullayev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Baku TV-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, şəhərlərdə məskunlaşmanın sürətlə artması müxtəlif fəsadlara yol açır:
"Təbii ki, insanların şəhərlərdə daha çox məskunlaşması müxtəlif problemlər meydana gətirir. Bu tendensiya istər iqtisadi, siyasi, kommunikasiya, logistika, istərsə də ekoloji, enerji yükü, məşğulluq və digər sahələrdə çətinliklərin yaranmasına səbəb olur".
E.Abdullayev qeyd edib ki, belə bir nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi ölkəmiz üçün mühüm fürsətdir. Memar, xüsusilə, işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma işlərinin dünya üçün bir örnək olduğunu vurğulayıb:
"Nəzərə alsaq ki, Foruma 182 ölkədən 45 min iştirakçı qatılıb, Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə aparılan bərpa-quruculuq işlərini dünya təcrübəsinə ən gözəl model kimi təqdim edə bilərik. Belə bir mötəbər Forumun Azərbaycanda təşkili ölkəmizə həm siyasi, həm iqtisadi, həm də sosialyönümlü əlavə dividendlər qazandıracaq".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.