AZ

"Azərbaycan dayanıqlı inkişaf platformalarında fəal təşəbbüskar ölkələrdən biridir"

WUF13 çərçivəsində təşkil olunan Urban Expo-da dəyərli həmkarım Mübariz Qurbanlı ilə birgə Səudiyyə Ərəbistanının milli pavilyonunu ziyarət etmək və nümayəndə heyəti ilə görüşmək mənim üçün xüsusi əhəmiyyət daşıdı. Azərbaycan–Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi bu platformada aparılan müzakirələri yalnız şəhərsalma sahəsində təcrübə mübadiləsi kimi yox, həm də ölkələrimiz arasında strateji tərəfdaşlığın yeni mərhələsi kimi dəyərləndirirəm.

Səudiyyə Ərəbistanının WUF13-də geniş tərkibli nümayəndə heyəti ilə iştirakı, urbanizasiya, dayanıqlı yaşayış məkanları, “ağıllı şəhər” konsepsiyası və müasir infrastruktur həllərinə verdiyi önəmi açıq şəkildə nümayiş etdirdi. Pavilyonda təqdim olunan layihələr, xüsusilə şəhərlərin insan yönümlü inkişafı, rəqəmsal transformasiya, ekoloji yanaşmalar və yaşayış keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən təşəbbüslər böyük maraq doğururdu.

Forum çərçivəsində nümayəndə heyəti ilə apardığımız fikir mübadiləsində şəhərsalmanın artıq yalnız memarlıq və infrastruktur məsələsi olmadığı, eyni zamanda sosial rifah, milli kimlik, ekoloji təhlükəsizlik və iqtisadi dayanıqlılıq məsələsi olduğu xüsusi vurğulandı. Bu baxımdan Azərbaycan və Səudiyyə Ərəbistanının yanaşmaları arasında ciddi oxşarlıqlar mövcuddur. Hər iki ölkə milli-mədəni irsi qorumaqla yanaşı, müasir və dayanıqlı şəhər modellərinin formalaşdırılması istiqamətində mühüm addımlar atır.

Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını uğurla tətbiq edir, Səudiyyə Ərəbistanı isə “Vision 2030” çərçivəsində urban inkişaf və yaşayış mühitinin modernizasiyası istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Bu baxımdan qarşılıqlı təcrübə mübadiləsi və institusional əməkdaşlıq gələcək dövr üçün mühüm perspektivlər açır.

Seçilən
13
publika.az

1Mənbələr