Özbəkistan milli futbol komandası ABŞ-ın MLS liqasında çıxış edən “Atlanta Yunayted” klubunun futbol bazasında məşq edəcək.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə məlumat Özbəkistan Futbol Assosiasiyası tərəfindən sosial şəbəkədə paylaşılıb.
Qeyd olunur ki, Özbəkistan yığması 10 iyundan etibarən geniş məşq kompleksindən istifadə etmək imkanı qazanacaq. Bu tarix turnirin startından bir gün əvvələ təsadüf edir.
Xatırladaq ki, qarşıdan gələn dünya çempionatı Özbəkistan millisinin tarixində ilk olacaq. Qrup mərhələsində Mərkəzi Asiya təmsilçisi Portuqaliya, Kolumbiya və Konqo Demokratik Respublikası yığmaları ilə qarşılaşacaq.
Dünya çempionatı 11 iyun 2026-cı ildə start götürəcək. Turnirin açılış matçı Meksika və Cənubi Afrika Respublikası komandaları arasında keçiriləcək.