AZ

Əl Küveyt hava limanı fəaliyyətini bərpa edir

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qahirə, 21 may, AZƏRTAC

Əl-Küveyt Beynəlxalq Hava Limanı iyunun 1-dən etibarən fəaliyyətini mərhələli şəkildə bərpa edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Küveyt Mülki Aviasiya Baş İdarəsinin rəhbəri Şeyx Həmud Mubarək Al Sabah bildirib.

Qeyd edib ki, hava limanının əməliyyat infrastrukturu və sistemlərində aparılan təmir və yenidənqurma işləri artıq başa çatıb, həmçinin aeroportun texniki hazırlıq səviyyəsi artırılıb.

Baş idarə rəhbərinin sözlərinə görə, uçuşların bərpası texniki və əməliyyat hazırlığını nəzərə alan xüsusi plan əsasında mərhələli qaydada həyata keçiriləcək. Məqsəd hava hərəkətinin davamlılığını və sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
5
azertag.az

7Mənbələr