AZ

Paşinyan: Ermənistanın bütün artilleriyası 1950 1960 cı illərə aid idi VİDEO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan ilk dəfə zavod istehsalı olan "D-30" haubitsalarından 2023-cü ildə istifadə edib, buna qədər isə bütün artilleriya 1950–1960-cı illərə aid olub.Bizim.Media xəbər verir ki, bu barədə mayın 21-də Ermənistanın Ararat vilayətinin Artaşat şəhərində keçirilən mitinqdə məzuniyyətə çıxan və hazırda ölkədə hakimiyyətdə olan "Mülki Müqavilə" partiyasının deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən Baş nazir Nikol Paşinyan bəyan edib.

 

Onun sözlərinə görə, Serj Sarkisyan (Ermənistanın üçüncü prezidenti-red.) 1980-ci illərin silahlarından danışarkən şişirdirdi.Paşinyan əlavə edib ki, bu silahlar əslində 1960–1970-ci illərə aid olub.

"Onlar digər ölkələrin artıq ehtiyac duymadıqları üçün Ermənistana təhvil verdikləri yararsız silahlardan istifadə ediblər. Ordunun, silahlanmanın və texnologiyanın nə olduğunu biz mayın 28-də İrəvanda, Respublika meydanında göstərəcəyik", - deyə Paşinyan qeyd edib.O, dövlətdən oğurlanmış əmlakın geri qaytarılmasından təkrar danışaraq əlavə edib ki, Ararat vilayətinə təxminən 200 milyon dollar dəyərində 25 əmlak vahidi qaytarılıb.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
1
bizim.media

2Mənbələr