AZ

İran ABŞ-nin təkliflərini nəzərdə keçirir

İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi bildirib ki, ABŞ tərəfinin İranın atəşkəs planı ilə bağlı şərhləri hazırda ölkə hakimiyyəti tərəfindən nəzərdən keçirilir.

“İranın təqdim etdiyi eyni 14 bəndlik mətn əsasında bir neçə dəfə mesaj mübadiləsi apardıq. Amerika tərəfinin mövqeyini aldıq və hazırda onu öyrənirik.” – Esmail Baqayi deyib.
Pakistan üç gün əvvəl İranın yeni 14 bəndlik münaqişənin həlli təklifini ABŞ-a təqdim edib. Mətndə hərbi əməliyyatların dayandırılması və etimadın artırılması tədbirləri vurğulanır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Vaşinqton və

Tehran arasında danışıqlardan sonra ikitərəfli razılaşma əldə olunana qədər İrana qarşı sanksiyaların yumşaldılmayacağını bildirib. Eyni zamanda ABŞ tərəfinin İran hakimiyyətinə heç bir təklif vermədiyini qeyd edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
27
editor.az

1Mənbələr