"Barselona" "Yuventus"un müdafiəçisi Andrea Kambyazonu hədəfə alıb.
QOL.az xəbər verir ki, insayder Ekrem Konurun məlumatına görə, Kataloniya klubu 26 yaşlı futbolçunun nümayəndələri ilə ilkin danışıqlara başlayıb.
Bu fonda "Yuventus" isə komandanın əsas heyət oyunçularından biri olan italiyalı müdafiəçi üçün gələn təklifləri dəyərləndirməyə hazır olduğunu bildirib. Lakin "qoca sinyora" bu keçid üçün 50 milyon avrodan aşağı olmayan təklifləri nəzərdən keçirəcək.
Qeyd edək ki, Kambyazo bu mövsüm 46 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.