AZ

Paytaxtın nəqliyyat yükünü azaldacaq nəhəng layihələrin icrasına başlanılıb

Bakıda tramvay xətlərinin istifadəyə verilməsi planlaşdırılır.

Bunu VUF13 çərçivəsində keçirilən Bakı şəhərinin Baş Planına həsr olunan tədbirdə AYNA-nın Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərov deyib.

O bildirib ki, Bilgəh, Pirşağı və Sumqayıtı şəhərin mərkəzi ilə birləşdirəcək yeni dəmir yolu xətləri planlaşdırılır, şəbəkə üçün 20 müasir sərnişin qatarı alınacaq. Bundan əlavə, şəhərdə 10 yeni metro stansiyası layihələndirilir və ən əsası uzun illərdən sonra yenidən Bakıda tramvay xətlərini görmək mümkün olacaq.

İctimai nəqliyyatla yanaşı, şəhərin yol infrastrukturu üzərindəki struktur təzyiqi azaltmaq üçün  Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 26 iri layihə icra olunur. Onlardan ən mühümü Akademik Həsən Əliyev küçəsi ilə “Koroğlu” metro stansiyası arasında yaradılan yeni yol bağlantısıdır. 4 tunel və yeraltı keçidləri əhatə edən bu nəhəng layihənin artıq yarısı tamamlanıb. Məqsəd Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin yükünü azaltmaq, şərq-qərb istiqamətində alternativ əlaqə yaratmaqdır.

Aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti sayəsində reallaşan bu layihələr tamamlandıqdan sonra, Bakı və Abşeron yarımadası vahid, sürətli və ekoloji cəhətdən təmiz metropolitan məkana çevriləcək. Bu isə tıxacların və vaxt itkisinin minimuma endirilməsinə həsablanıb.

Seçilən
18
banker.az

1Mənbələr