AZ

“Trabzonspor” “Banfika”nın maraqlandığı hücumçu üçün 25 milyon avro tələb edir

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Sankt-Peterburqun “Zenit” klubu 22 yaşlı hücumçu Felipe Auqusto üçün “Trabzonspor”a 15 milyon avro təklif etməyə hazırdır.

İdman.Biz-in “Sporx”a istinadən məlumatına görə, Türkiyə klubu 25 milyon avro istəyir.

Mənbənin məlumatına görə, “Zenit” ötən qış braziliyalı üçün 10 milyon avro təklif etmiş, lakin rədd cavabı almışdı. “Benfika” da Auqusto ilə maraqlanır.

Auqusto 2025-ci ilin yayından bəri “Trabzonspor”da oynayır. Bu müddət ərzində hücumçu bütün yarışlarda 39 oyunda meydana çıxıb və 15 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 15 milyon avrodur.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
icma.az

1Mənbələr