“Union” klubu yeni baş məşqçisini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, Bundesliqa klubunu bundan sonra isveçrəli mütəxəssis Mauro Lustirnelli çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, apreldən etibarən paytaxt klubuna Mari-Luiz Etta rəhbərlik edib. Onun rəhbərliyi altında “Union” 5 oyun keçirib: 2 qələbə, 2 məğlubiyyət və 1 heç-heçə.
Bundesliqanın başa çatan mövsümündə Berlin təmsilçisi 11-ci yeri tutub.
50 yaşlı Lustirnelli son mövsümdə İsveçrə çempionatında “Tun” klubunu tarixində ilk çempionluğa daşıyıb. O, daha əvvəl İsveçrə millisinin strukturunda çalışıb, məşqçilik karyerasına isə məhz “Tun” sistemində başlayıb.