AZ

Keçmiş sevgilisi Ferhat Göçerdən 30 pişiyinə görə ayrılıb

Keçmiş sevgilisi Ferhat Göçerdən 30 pişiyinə görə ayrılıbTürkiyəli model və aparıcı Ömür Gedik keçmiş sevgilisi Ferhat Göçer ilə ayrılıq səbəbindən danışıb.

Bu barədə Sonxeber.az xarici mediaya istinadla xəbər verir.

Ömür Gedik açıqlamasında bildirib ki, münasibətlərinin bitməsinə səbəb pişiklərlə bağlı yaranan fikir ayrılığı olub. Onun sözlərinə görə, evdə yaşlı və çölə çıxmamalı olan pişikləri var idi. Ferhat Göçerin pişiklərin bayıra çıxmasını istəməsi isə tərəflər arasında mübahisəyə səbəb olub.

Gedik həmin anı belə xatırlayıb:

"Ferhat ilə son ayrılığımızın səbəbi pişiklər idi. Evdə yaşlı və çölə çıxmamalı olan pişiklərim var idi. Ferhat onların çölə çıxmasını istədi, mübahisə etdik. Mən də ‘gedirəm’ dedim və 30 pişiyi götürüb öz evimə getdim."

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan açıqlama qısa müddətdə gündəm olub.

Seçilən
85
sonxeber.az

1Mənbələr