AZ

Öldüyü bildirilən 88 yaşlı kişi qəfil dirildi



Braziliyada dəfn evinin işçiləri həkim tərəfindən ölmüş elan edilən yaşlı bir kişini xilas ediblər.

Medicina.az xəbər verir ki,bu hadisə 16 mayda San Paulu ştatının Presidente Prudente bələdiyyəsində baş verib. 88 yaşlı Juraci Rosa Alves xəstəxanaya aparılıb və həkimlər onun tənəffüs çatışmazlığı səbəbindən öldüyünü bildirib. Ailəsinə xəbər verilib və “meyit” dəfn bürosuna aparılıb.

Lakin Alves ordaözünə gəlib nəfəs almağa başlayıb. İşçilər bunu hiss edib, ilk tibbi yardım göstərib, təcili yardım çağırıblar. Braziliyalı təcili olaraq xəstəxanaya aparılıb və orada qalıb.

"Əmim oğluna hazırlıq üçün dəfn evinə aparıldığı deyilib, amma işçilər həyat əlamətlərini hiss ediblər - o, nəfəs alır və hərəkət edirdi", - Alvesin qohumudanışıb.
Kişinin qohumları polislə əlaqə saxlayıb və polis həkimə lazımi tibbi yardım göstərmədiyinə görə iş açıb.

Ailənin vəkili bildirib ki, Juracinin hazırda müalicə aldığı xəstəxanaya görə, onun vəziyyəti yaşı və vaxtında tibbi yardımın olmaması səbəbindən pisləşə bilərdi.

Aygün Musayeva




Seçilən
45
medicina.az

1Mənbələr