AZ

Ulduz futbolçular dünya çempionatında olmayacaq

“Çelsi”nin futbolçuları Koul Palmer və Livay Kolvill dünya çempionatını buraxacaq.

İdmanxeber.az-ın məlumatına görə, hər iki oyunçu İngiltərə millisinin 2026-cı il dünya çempionatı üçün yekun heyətinə daxil edilməyəcək.

Koul Palmer bu mövsüm bütün turnirlərdə 33 oyunda 10 qol və 3 assistlə yadda qalıb. O, zədələr səbəbindən klub və milli komandada ümumilikdə 26 görüşü buraxıb.

Livay Kolvill isə 2025-ci ilin yayından 2026-cı ilin aprel ayına qədər çarpaz bağ zədəsindən sonra bərpa prosesi keçib. Müdafiəçi bu müddətdə cəmi 4 matçda forma geyinib.

Seçilən
91
idmanxeber.az

1Mənbələr