AZ

Məşhur aktyoru Kadir İnanır süni tənəffüs aparatına qoşuldu

Türkiyənin məşhur aktyoru Kadir İnanır süni tənəffüs aparatına qoşulub.

Heftelik.az xəbər verir ki, Yeşilçamın tanınmış sənətçilərindən olan Kadir İnanır mayın 14-də səhhətində yaranan problem səbəbindən xəstəxanaya aparılıb.

Aparılan müayinələrdən sonra 77 yaşlı sənətçiyə sətəlcəm diaqnozu qoyulub. Müalicəsi reanimasiya şöbəsində davam edən sənətçi bu gün intubasiya edilib.

Aktyorun həyat yoldaşı Jülide Kural bildirib ki, Kadir İnanır bir az əvvəl süni tənəffüs aparatına qoşulub: ЭSətəlcəmə bağlı olaraq ağciyərin altında şiş aşkarlandı. Daha rahat müdaxilə etmək, ağrı çəkməməsi və müalicənin nəzarətli şəkildə aparılması üçün intubasiya edildi. Əlbəttə, çox riskli bir vəziyyətlə üz-üzəyik. Deyəcəklərim bunlardır. İnşallah, ondan yaxşı xəbərlər alarıq.”

Seçilən
55
heftelik.az

1Mənbələr