AZ

ABŞ və İran müharibəni dayandırır: Pakistanın vasitəçiliyi ilə tarixi razılaşma

ABŞ və İran Pakistanın vasitəçiliyi ilə yekun saziş layihəsini razılaşdırıblar.

Hakimiyyet.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, sənəd bütün cəbhələrdə atəşkəsin elan olunmasını və tərəflərin infrastruktur obyektlərinə zərbələr endirməkdən imtina etməsini nəzərdə tutur.

Saziş çərçivəsində Fars körfəzi və Hörmüz boğazında gəmiçilik azadlığına təminat verilir.

Razılaşmaya əsasən, Tehranın müqavilənin bütün müddəalarına əməl etməsi müqabilində İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyalar mərhələli şəkildə ləğv olunacaq.

Rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi, qalan həll olunmamış məsələlərlə bağlı danışıqların isə yeddi gün ərzində başlanacağı gözlənilir.(oxu.az)

Seçilən
0
4
hakimiyyet.az

5Mənbələr