AZ

Tramp Polşaya əlavə 5 min ABŞ hərbçisinin göndəriləcəyini vəd edib

ABŞ prezidenti qərarı Karol Navrotski ilə münasibətlərlə əlaqələndirib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Trump Polşaya əlavə 5 min amerikalı hərbçinin göndəriləcəyini bəyan edib. O, bu qərarı Polşanın hazırkı prezidenti Karol Nawrockiın seçkilərdə uğur qazanması və tərəflər arasındakı yaxın münasibətlərlə izah edib.

Donald Tramp açıqlamasında bildirib ki, Karol Navrotskinin prezident seçilməsi ABŞ-Polşa münasibətlərinin daha da güclənməsinə şərait yaradıb. Onun sözlərinə görə, Vaşinqton Varşavanın təhlükəsizliyinə dəstəyi artırmaq niyyətindədir.

“Hazırkı Polşa prezidenti Karol Navrotskinin uğurlu seçilməsini, həmçinin onunla münasibətlərimizi nəzərə alaraq, məmnuniyyətlə elan edirəm ki, ABŞ Polşaya əlavə 5 min hərbçi göndərəcək”, deyə Tramp vurğulayıb.

Ekspertlərin fikrincə, ABŞ hərbi kontingentinin artırılması NATO-nun şərq cinahında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Xüsusilə Rusiya ilə münasibətlərdə davam edən gərginlik fonunda Polşa son illərdə ABŞ və NATO qüvvələrinin Avropadakı əsas dayaqlarından birinə çevrilib.

Hazırda Polşa ərazisində minlərlə amerikalı hərbçi və hərbi texnika yerləşdirilib. Yeni qüvvələrin göndərilməsi barədə açıqlama regionda təhlükəsizlik balansı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Poliqon.info

Seçilən
42
poliqon.info

1Mənbələr