ABŞ "Hizbullah" təşkilatı ilə əlaqəli bir qrup Livan siyasətçisinə və təhlükəsizlik rəsmilərinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə "Al Jazeera" televiziya kanalına ABŞ Dövlət Departamentdəki mənbə bildirib.
"Məhdudiyyətlərə məruz qalanlar Hizbullahın tərksilah edilməsi səylərinə mane olur və Livan dövlətinin ziyanına hərəkət edirlər", - deyə mənbə qeyd edib. Onun sözlərinə görə, sanksiyalar səkkiz Livan vətəndaşına və bir İran diplomatına şamil olunur.
Onların arasında millət vəkilləri Həsən Fədlallah, İbrahim əl-Musəvi, Hüseyn Hac Həsən və keçmiş nazir Məhəmməd Fneyş var.