AZ

ABŞ Polşaya 5 min əlavə hərbçi göndərir: Trampdan yeni qərar

Tramp ABŞ-nin Polşaya əlavə 5 min hərbçi göndərəcəyini açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Donald Tramp məlumat yayıb.

Amerika Birləşmiş Ştatları Polşadakı hərbi kontingentini artırmaq qərarına gəlib. ABŞ prezidenti Donald Trampın bəyanatına əsasən, ölkənin hərbi iştirakını genişləndirmək məqsədilə Polşaya əlavə 5 min Amerika hərbçisi göndəriləcək.

Bu qərarın NATO çərçivəsində müttəfiqlərin təhlükəsizliyinin təmin olunması və bölgədəki hərbi potensialın gücləndirilməsi üçün atılan addım olduğu bildirilir.

Hərbi qüvvələrin yerləşdirilməsi ilə bağlı detallar və kontingentin hansı bölgələrdə dislokasiya olunacağı barədə əlavə məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
71
interpress.az

1Mənbələr