AZ

NASA insanların Ayda yaşaması üçün BAZA QURACAQ

NASA Ayda daimi bazanın yaradılmasını nəzərdə tutan "Moon Base" proqramının yeni təfərrüatlarını açıqlamağa hazırlaşır.

Bizim.Media “ixbt.com”a istinadla xəbər verir ki, bununla bağlı mətbuat konfransı mayın 26-da Vaşinqtonda keçiriləcək.

Tədbirdə NASA-nın administratoru Cared Ayzekman, Tədqiqat Sistemlərinin İşlənməsi İdarəsinin administrator müavini vəzifəsini icra edən Lori Qleyz və "Moon Base" proqramının rəhbəri Karlos Qarsiya-Qalan iştirak edəcəklər.
 

Agentlik layihənin hazırkı gedişatını təqdim edəcək, həmçinin insanın Ayda uzunmüddətli qalması planları, sənaye tərəfdaşlarının bu prosesdə iştirakı və növbəti Ay missiyaları barədə danışacaq.


Diqqət mərkəzində isə gələcək infrastruktur üçün həlledici zona hesab olunan Ayın cənub qütbünün mənimsənilməsi olacaq.

Təqdimatdan sonra mövzunun daha ətraflı müzakirəsi üçün ekspertlərlə müsahibələrin keçirilməsi planlaşdırılır.

"Moon Base" layihəsi NASA-nın insanı Aya qaytarmaq və orada daimi baza yaratmaq üzrə geniş strategiyasının bir hissəsidir. Proqram elmi tədqiqatlarla yanaşı, həm də iqtisadi inkişafa — o cümlədən kommersiya fəaliyyətinə və Ayın resurslarından istifadəyə yönəlib.

Bizim.Media

Seçilən
63
bizim.media

1Mənbələr