Bakı, 22 may, AZƏRTAC
"Əl-Nəsr" Səudiyyə Ərəbistanı Pro Liqasında 2025/2026-cı illər mövsümünün qalibi olub.
AZƏRTAC xəbər verir ki, komanda mövsümünün sonuncu - XXXIV turunda "Damak"a 4:1 hesabı ilə qalib gələrək çempionluğunu elan edib.
"Əl-Nəsr"in heyətində qolları Sadio Mane, Kinqsli Koman və Kriştianu Ronaldu (2) vurublar. Beləliklə, portuqaliyalı ulduz futbolçu Ronaldu Səudiyyə Ərəbistanında ilk titulunu qazanıb.