Türkiyəli aktyor Oktay Kaynarca həmkarı Halit Ergençə zarafatla həsəd apardığını bildirib.
Bu barədə Sonxeber.az xəbər verir.
O, açıqlamasında "Halit Ergençi çox qısqanıram. Adam "Möhtəşəm Yüzyıl" kimi hərəm mövzusunda serial çəkdi, mən isə həmişə kişilərlə oynayıram" sözlərini deyib.
Kaynarca zarafatını davam etdirərək artıq "içində kişi olmayan bir serial tapacağını" bildirib. Aktyorun bu sözləri sosial şəbəkələrdə gülüş və maraqla qarşılanıb.