AZ

ABŞ Hizbullah la əlaqəli 9 məmura qarşı SANKSİYA tətbiq edib

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

ABŞ Maliyyə Nazirliyi Livanda sülh prosesinə və “Hizbullah” hərəkatının tərksilah edilməsinə mane olduqlarına görə doqquz fiziki şəxsə qarşı sanksiyaların tətbiq edildiyini elan edib.Bizim.Media bu barədə “Reuters”ə istinadla xəbər verir.

 

Qurumun bəyanatına əsasən, "Hizbullah" ilə əlaqəli olan və sanksiyaya məruz qalan məmurlar İran tərəfindən dəstəklənən terror qruplaşmasının Livandakı mühüm dövlət institutlarına təsirini qoruyub saxlamağa çalışırlar.

ABŞ Maliyyə Nazirliyi, xüsusilə, "Hizbullah"dan olan parlament üzvləri Həsən Fədlallah, İbrahim əl-Musavi və Hüseyn əl-Hac Həsənə, həmçinin keçmiş parlament üzvü və nazir Məhəmməd Fnişə qarşı sanksiyalar tətbiq edib.Sanksiyalar, həmçinin İranın Livana təyin olunmuş və arzuedilməz şəxs elan edilmiş səfiri Məhəmməd Rza Şeybaniyə, eləcə də "Əməl" hərəkatının təhlükəsizlik xidmətinin əməkdaşları Əhməd Əsaad Baalbakiyə və Əli Əhməd Səfəviyə də şamil olunub.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
1
bizim.media

2Mənbələr