AZ

Ayaqlarda şişkinlik damar problemi ola bilər Həkim

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Günün sonunda ayaqlarda yaranan şişkinlik, ağırlıq hissi və narahatlıq çox vaxt yorğunluqla əlaqələndirilir. Həkimlər isə xəbərdarlıq edir ki, bu əlamətlər bəzi hallarda damar problemlərinin ilkin siqnalı ola bilər.Demokrat.az xəbər verir ki, bu barədə Ürək-damar cərrahı Serkan Akcan danışıb.Onun sözlərinə görə xüsusilə uzun müddət ayaqüstə işləyən və gün ərzində az hərəkət edən şəxslərdə bu şikayətlər daha çox müşahidə olunur.Həkim bildirib ki, venalarda qan dövranının zəifləməsi, varis, artıq çəki və hərəkətsizlik ayaqlarda şişkinlik yaradan əsas səbəblər arasındadır.O qeyd edib ki, ayaqda qəfil və tək tərəfli şişkinlik yaranarsa, bunu gecikdirmədən yoxlatdırmaq lazımdır. Çünki bəzi hallarda bu vəziyyət ciddi damar problemləri ilə əlaqəli ola bilər.Məlumata görə, şişkinliklə yanaşı ağrı, dəri rəngində dəyişiklik, gecə qıcolmaları və damarların daha qabarıq görünməsi də müşahidə edilirsə, həkim müayinəsi vacib sayılır.Gün ərzində qısa gəzintilər etmək, uzun müddət eyni vəziyyətdə qalmamaq və ayaqları müəyyən vaxt dincəltmək tövsiyə edilir. Həkim məsləhəti ilə istifadə olunan xüsusi dəstək corablarının da faydalı ola biləcəyi bildirilir.Həkim vurğulayıb ki, qan dövranı ilə bağlı problemlər erkən mərhələdə aşkarlandıqda həyat keyfiyyətini qorumaq daha asan olur.Aytən

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
131
demokrat.az

1Mənbələr