ABŞ İrana qarşı hərbi əməliyyatının aktiv mərhələsində THAAD sistemlərinə aid raketlərin yarısını İsrailin müdafiəsinə xərcləyib.
APA xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti məlumat yayıb.
ABŞ Müdafiə Nazirliyinin məxfi hesabatına görə, ABŞ-ın İsraili müdafiə etmək üçün 200-dən çox THAAD tutucu raketindən istifadə edib.
Bu isə Pentaqonun bütün inventarının təxminən yarısını təşkil edir.
Bundan əlavə, məqalədə ABŞ İsraili müdafiə etmək üçün Aralıq dənizinin şərqindəki gəmilərdən buraxılan 100-dən çox SM-3 və SM-6 raketindən istifadə edib.