AZ

Samsung dan işçilərə böyük güzəşt

ain.az bildirir, Olke.az portalına istinadən.

Samsung şirkəti ilə işçilərin həmkarlar ittifaqı arasında maaşlarla bağlı razılıq əldə olunub.

"Ölkə.az" xəbər verir ki, razılaşma elan edilmiş tətilin başlamasına cəmi bir saat yarım qalmış baş tutub.

Məlumata görə, mümkün tətil şirkətin istehsal prosesini dayandıra və Cənubi Koreya iqtisadiyyatına təsir göstərə bilərdi. Danışıqlarda ölkənin əmək naziri Kim Yonhun da iştirak edib.

Razılaşmaya əsasən, yarımkeçirici istehsalı bölməsinin əməkdaşları mövcud bonus sisteminə əlavə olaraq şirkətin əməliyyat mənfəətinin 10,5 faizi həcmində ödəniş alacaqlar. Bundan başqa, əməkhaqları 6,2 faiz artırılacaq.

Bildirilir ki, bəzi əməkdaşların ümumi gəliri 416 min dollara qədər çata bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
4
olke.az

5Mənbələr