AZ

Mərakeşdə yaşayış binası çökdü

Mərakeşin Fes şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə “Hespress” şəhərin tibb rəsmilərinə istinadla məlumat yayıb.

Məlumata görə, daha altı nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, daha əvvəl Fesin tarixi məhəlləsində yaşayış binasının uçması nəticəsində doqquz nəfərin öldüyü bildirilmişdi.

Seçilən
94
publika.az

1Mənbələr