AZ

Karyera və pul şansı bu bürclərin tərəfindədir

Astroloqlar Yupiter və Plutonun təsirinə əsasən, yaxın dövrdə maliyyə və karyera baxımından ən uğurlu olacaq bürcləri açıqlayıblar. Metbuat.az xəbər verir ki, bəzi bürclər üçün yeni qazanc qapıları açılacaq, biznes və karyera sahəsində böyük yüksəliş başlayacaq. Siyahının ilk sırasında Buğa bürcü yer alır. Astroloqların fikrincə, Buğalar üçün sərvət toplamaq dövrü başlayır. Keçmişdə edilən kiçik investisiyalar, yarımçıq qalan layihələr və ya daşınmaz əmlakla bağlı məsələlərin böyük gəlir gətirəcəyi qeyd olunur. Şəxsi biznes qurmaq istəyən Buğalar üçün də uğurlu mərhələnin başladığı bildirilir.Qız bürcü üçün isə karyerada ciddi sıçrayış gözlənilir. Uzun müddətdir zəhmət çəkən Qızların iş həyatında yüksək vəzifə, maaş artımı və ya böyük şirkətlərdən gələn təkliflərlə qarşılaşacağı vurğulanır. Astroloqlar onların analitik düşüncə qabiliyyətinin bu dövrdə böyük qazanc gətirəcəyini bildirirlər.

Oğlaq bürcü üçün də maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığı qeyd olunur. Xüsusilə beynəlxalq layihələr, strateji əməkdaşlıqlar və rəqəmsal sahədə atılan addımların böyük gəlirlə nəticələnəcəyi bildirilir. Astroloqların fikrincə, Oğlaqlar bu dövrdə rəqiblərini geridə qoyaraq öz sahələrində ön plana çıxacaqlar.

Seçilən
122
metbuat.az

1Mənbələr