AZ

Mertsın Ukrayna ilə bağlı təklifi Fransada rədd edildi

Almaniya kansleri Fridrix Merts Ukraynaya Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunun verilməsi ilə bağlı təklifi birliyi müflisləşdirəcək.

Publika.az xəbər verir ki, bu barədə Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Mertsın təklifi reallaşarsa, Ukraynaya qarşı Aİ-nin qarşılıqlı müdafiə maddəsi tətbiq olunacaq ki, bu da Rusiya ilə qaçılmaz müharibəyə gətirib çıxaracaq.

"Mertsın təklifi ilə Ukrayna Aİ büdcəsinin hissələrinə və vahid bazara mərhələli şəkildə çıxış əldə edəcəkdi. Bu isə hazırkı Assosiasiya Sazişinin çərçivəsindən kənara çıxır!", - Filippo qeyd edib.

Seçilən
4
12
publika.az

10Mənbələr