AZ

Rubio britaniyalı həmkarı ilə İran və Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

BAKI, 22 may. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri İvett Kuperlə İran ətrafındakı vəziyyət, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi və Avropada müdafiə məsələlərini müzakirə edib.

Teleqraf” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqott açıqlama yayıb.

Məlumata görə, tərəflər Hörmüz boğazında gəmiçilik azadlığının bərpası istiqamətində atılan addımları nəzərdən keçiriblər.

Danışıqlar zamanı Avropanın öz təhlükəsizliyinin təmin olunması üçün səyləri artırmasının vacibliyi, həmçinin NATO çərçivəsində müdafiə xərclərinin yüksəldilməsi və yük bölgüsünün gücləndirilməsi məsələləri də müzakirə olunub.

Seçilən
167
teleqraf.com

1Mənbələr