Fars körfəzi akvatoriyasında Boliviya bayrağı altında üzən iki gəmi itkin düşüb.
Publika.az INA-ya istinadl xəbər verir ki, bu barədə İraqın Dəniz Limanları Baş Şirkəti məlumat yayıb.
Qurum onlarla əlaqəni itirib, bununla belə İraq dəniz limanlarının ixtisaslaşdırılmış xidmətləri onlardan hər hansı yardım siqnalı qeydə almayıb.
"Dəniz idarəsi, eləcə də İraqın ərazi sularında fəaliyyət göstərən ixtisaslaşdırılmış axtarış və xilasetmə mərkəzləri Boliviya bayrağı altında üzən iki gəmidən heç bir müraciət və ya yardım siqnalı qeydə almayıb, eyni zamanda, həmin gəmilər İraqın ərazi sularına daxil olmayıb", - şirkətin rəsmi bəyanatında bildirilib.
Dəqiqləşdirilib ki, onlar tərəfindən Fars körfəzi zonasındakı bir sıra limanların təhlükəsizlik xidmətlərindən, eləcə də hər iki gəminin sahiblərindən hər hansı mövcud məlumatın təqdim edilməsi sorğusu ilə müraciətlər alınıb.