AZ

Yeni əlçatan “MacBook”u almağın 5 səbəbi “MacBook Neo”

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Apple” yeni “MacBook Neo” modelini artıq satışa çıxarıb və cihaz qısa zamanda gündəlik istifadə üçün ən maraqlı “MacBook” modellərindən birinə çevrilib. Model həm dizaynı, həm performansı, həm də daha əlçatan qiyməti ilə diqqət çəkir.

“MacBook Neo” xüsusilə tələbələr, ofis istifadəçiləri və gündəlik istifadə üçün yüngül noutbuk axtaranlar üçün yaxşı seçim ola bilər. “Apple” uzun illərdir “MacBook” modellərində performans, rahatlıq və uzunömürlülük balansını qoruyub saxlayır. “MacBook Neo” da bu yanaşmanı daha əlçatan formatda təqdim edir.

Yeni əlçatan “MacBook”u almağın 5 səbəbi: 

1. Premium dizayn və yeni rənglər

“MacBook Neo” “Apple”ın premium dizayn ənənəsini davam etdirir. Tam alüminium korpus cihazı həm möhkəm, həm də keyfiyyətli göstərir.

Model “Silver”, “Citrus”, “Blush” və “Indigo” rənglərində təqdim olunur. Xüsusilə metal parıltılı “Citrus” rəngi daha fərqli və müasir görünür. “Apple” xırda detallara da diqqət yetirib — klaviatura da cihazın rənginə uyğun tonlarda hazırlanıb.

“MacBook Neo” nazik və yüngül korpusa malikdir. Bu isə onu gündəlik istifadə üçün daha rahat edir: çantada rahat daşınır, universitet və ofis üçün uyğundur,uzun istifadə zamanı yorğunluq yaratmır. Mobil həyat tərzi üçün bu xüsusiyyətlər böyük üstünlük sayılır.

2. Ekran

“MacBook Neo” keyfiyyətli və aydın ekranla seçilir. 2408 × 1506 ekran icazəsi və 219 ppi piksel sıxlığı sayəsində mətnlər, şəkillər və videolar daha detallı görünür. Bu fərq xüsusilə dərs oxuyarkən, işləyərkən və film izləyərkən hiss olunur.

509 nit parlaqlıq səviyyəsi ekranı həm otaqda, həm də gün işığında rahat istifadə etməyə imkan verir. Nazik çərçivələr isə görüntünü daha geniş və müasir göstərir.

3. Tam “macOS” sistemi

“MacBook” Neo digər bahalı “MacBook” modellərində istifadə olunan eyni “macOS” sistemi ilə işləyir. İstifadəçilər bütün əsas “Mac” tətbiqlərindən yararlana, “iPhone” və “iPad”i ikinci ekran kimi qoşa, həmçinin “AirDrop” və “iMessage” funksiyalarından istifadə edə bilərlər. Bu isə “Apple” ekosistemindən tam şəkildə yararlanmağa imkan verir.

4. A18 Pro çipi

“MacBook Neo” daxilində “iPhone 16 Pro” modellərində də istifadə olunan A18 Pro çipi yerləşir. Bu çip gündəlik tapşırıqlar üçün kifayət qədər güclüdür. Cihazda sürətli və stabil şəkildə brauzerdə çoxsaylı səhifələrlə işləmək, sənədləri redaktə etmək, videozənglərə qoşulmaq və təqdimatlar hazırlamaq mümkündür. Tətbiqlər tez açılır, sistem axıcı işləyir və ümumi istifadə rahat hiss olunur. Passiv soyutma sistemi sayəsində cihaz tam səssiz işləyir və əlavə səs yaratmır.

5. Batareya gün boyu rahat istifadə imkanı yaradır

“MacBook Neo” enerji effektivliyi və uzun batareya ömrü ilə seçilir. Cihaz bir dəfə şarjla 16 saata qədər video izləmə imkanı təqdim edir. Bu isə gün ərzində adaptersiz rahat istifadə etməyə imkan yaradır. Bu xüsusiyyət “MacBook Neo”nu dərs, ofis işi və gündəlik istifadə üçün daha praktik edir. Bir çox bu qiymət seqmentində olan noutbuklarda batareya müddəti orta hesabla 8 saata qədər olur.

Beləliklə, “MacBook Neo” gündəlik istifadə üçün lazım olan əsas imkanları bir cihazda birləşdirir. Yüngül və rahat korpus, keyfiyyətli ekran, sürətli işləmə və uzun batareya ömrü sayəsində cihaz həm təhsil, həm iş, həm də gündəlik istifadə üçün uğurlu seçimə çevrilir.

“Apple” ekosisteminin üstünlüklərini daha əlçatan qiymətə təqdim edən “MacBook Neo” xüsusilə stabil və uzunömürlü noutbuk axtaran istifadəçilərin diqqətini çəkə bilər. Gündəlik tapşırıqları rahat şəkildə yerinə yetirən cihaz istifadə zamanı balanslı və komfortlu təcrübə təqdim edir.

Məhz bu xüsusiyyətlər “MacBook Neo”nu öz qiymət seqmentində ən maraqlı və praktik “MacBook” modellərindən birinə çevirir.

Məhsulu “Apple” rəsmi satış tərəfdaşlarından əldə edə bilərsiniz: iSpace, Kontakt, Irshad, Baku Electronics

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
qafqazinfo.az

1Mənbələr