AZ

Paytaxtın üç rayonunun elektrik xəttlərində yenidənqurma işləri aparılacaq

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün Yasamal, Xəzər və Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində təmir və yenidənqurma işləri həyata keçiriləcək.

XQ xəbər verir ki, Yasamalda yerləşən Transformator Məntəqəsində (TM) aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Hüseyn Cavid prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Xəzər rayonunda elektrik xəttlərini əhatə edəcək yenidənqurma işlərinə əsasən, fasilə saat 10:00-dan 16:00-dək Mərdəkan qəsəbəsi Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Ramin Qasımov küçələrinin bəzi ərazilərinə tətbiq olunacaq.

Həmçinin Suraxanıda 110/35/10 kV-luq "Əhmədli" yarımstansiyasından qidalanan TM-də görüləcək iməclik işləri nəticəsində saat 10:00-dan 13:00-dək Yeni Günəşli qəsəbəsi D massivi Surxay Noçuyev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
6
xalqqazeti.az

10Mənbələr