AZ

Natiq Cəfərli: “Onların rəqibləri yoxdur və təbii inhisarçıdırlar”

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan ilə Gürcüstan arasında Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin dəmiryolu nəqliyyatının 6 illik fasilədən sonra bərpa olunması xəbəri cəmiyyətdə bir tərəfdən sevinc, o biri tərəfdən də üzüntü yaratdı. İnsanların çoxusu biletin qiymətlərinin yüksək olduğunu bildirirlər, hətta Avropadakı qiymətlərlə müqayisə edirlər.Bu qiymətlər necə müəyyən edilir və nəyə əsaslanır?

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qiymətlərin formalaşması kifayət qədər aydın şəkildə izah olunmalıdı: “Qiymətləri müəyyən edən təbii inhisarçı olan Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhmdar Cəmiyyətidir (QSC). Əslində onlar izah etməlidirlər ki, bu qiymətlər necə formalaşır və hansı maya dəyərinə əsaslanır. Çünki onların rəqibləri yoxdur və təbii inhisarçıdırlar. Rəqabət olmadığına görə və dövlət qurumu olduqlarına görə qiymətlərin formalaşması kifayət qədər aydın şəkildə izah olunmalıdır.

Hələlik isə bu aydın izahı biz görmürük. Gördüyümüz odur ki, 6 il bundan əvvəlki dövrlə müqayisədə qiymətlərdə xeyli artım var, bəzi hallarda isə bir neçə dəfə, yəni iki dəfədən də çox bahalaşma müşahidə olunur. Bu isə dövlət şirkətinin özünün izah etməli olduğu bir məsələdir”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
bizimyol.info

1Mənbələr