AZ

Rusiya Ukraynanı bu raketlərlə vurur, ümid edək ki...

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Hazırda Rusiya Ukraynaya zərbələr üçün hücumdan bir neçə həftə əvvəl toplanmış raketlərdən istifadə edir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin Kommunikasiyalar İdarəsinin rəisi Yuri İqnat bildirib.

O qeyd edib ki, ruslar müvəqqəti olaraq Ukraynaya “Kalibr” qanadlı raketləri ilə zərbələri dayandırıblar, baxmayaraq ki, onların daşıyıcıları hələ də Qara dəniz və Xəzər dənizində qalır:

“Ruslar bir müddətdir ki, “Kalibr” raketlərindən istifadə etmirlər. Onların həm Qara dənizdə, həm də Xəzər dənizində donanması var və bir neçə ay əvvəl həmin ərazilərdən də bu raketlərin buraxılışı həyata keçirilmişdi. Bu raketlərin mövcudluğu ilə bağlı sual yaranır. Ümid edək ki, onların bununla bağlı çətinlikləri var”.

Bunun əvəzində son hücumlar zamanı ruslar “İsgəndər-K” raketlərindən istifadə ediblər.

İqnat əlavə edib ki, hər hücumdan sonra araşdırmalar aparılır və raket qalıqları analiz edilir. Mütəxəssislər hansı komponentlərdən istifadə olunduğunu və onların hansı ölkələrdən gəldiyini müəyyənləşdirirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
39
axar.az

10Mənbələr