Ermənistan Rusiya bazarını itirərsə, gül ixracından əldə etdiyi gəlirin 90%-ni itirəcək.
"Cebheinfo.az" xəbər verir ki, "Rosselxoznadzor" 22 maydan Ermənistandan gül idxalını müvəqqəti olaraq məhdudlaşdırıb. Bu qərar Rusiyanın fitosanitar təhlükəsizliyini və ixrac potensialını qorumaq üçün verilib.
2025-ci ildə Ermənistan gül ixracından 49,1 milyon dollar qazanıb ki, bunun 46 milyon dolları Rusiyaya göndərilən məhsullardan əldə edilib. Beləliklə, Rusiya bazarı Ermənistanın gül satışından əldə etdiyi gəlirin 93,8%-ni təşkil edib.
Gül ixracının təxminən 5%-i Gürcüstana (2,3 milyon dollar), 1%-i isə Qazaxıstana (514.900 dollar) gedib.
2025-ci ildə BƏƏ Ermənistandan 166.700 dollar, Belarus isə 61.600 dollar dəyərində gül alıb.
Xəzər
"Cebheinfo.az"